"Yuventus"un bütün futbolçuları koronavirus testindən keçirildi

İtaliya A Seriyasının lideri "Yuventus"da hansı futbolçuların koronavirusa yoluxması ilə bağlı xəbər ortaya çıxıb. 

Sport7.az xəbər verir ki, klubda ilk dəfə Daniel Ruqaninin testi müsbət nəticələnmişdi. Ruqaninin ardından Bleyz Matuidinin və Paolo Dibalanın da testlərinin nəticəsinin müsbət olmasından sonra digər futbolçuların da bu virusa yoluxub, yoluxmadığı maraq doğururdu. 
 
"Sky Sport"un məlumatına görə "Yuventus"un bütün futbolçuları koronavirus testindən keçirilib. Ancaq yuxarıda adıçəkilənlərdən başqa heç bir komanda üzvünün virusa yoluxmadığı müəyyənləşib. Başda Kristiano Ronaldo olmaqla "Yuventus"un bütün əcnəbi futbolçuları öz ölkələrindədi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR