"Kəpəz"in baş məşqçisinə 5 oyunluq cəza

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Birinci Divizionun 7-ci turunda baş verən qayda pozuntularına görə aşağıdakı qərarlar qəbul olunub.
 
I Divizionun VII turunun "Zaqatala” – "Keşlə-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnir;
 
VII turun "Neftçi-2” – "Qaradağ Lökbatan” oyununun 81-ci dəqiqəsində "Neftçi-2” klubunun 98 nömrəli futbolçusu Famil Camalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimələnir;
 
VII turun "Kəpəz” – "Turan Tovuz” oyununda "Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
"Kəpəz” klubunun baş məşqçisi Yaşar Vahabzadə hakimi təhqir etdiyi üçün 5 oyun cəzalanır; klub 400 manat cərimə olunur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR