“Zaqatala”dan nəcib addım – FOTOLAR

“Zaqatala”dan nəcib addım – FOTOLAR

Ölkəmizdə də bütün dünyada olduğu kimi koronaviurs pandemiyası səbəbindən çətin günlər yaşanır.

Karantin səbəbindən bir çox iş yerləri bağlanıb, insanlar xüsusi rejimin tələblərinə uyğun olaraq evlərinə qapanıblar. Belə bir durumda xeyli vətəndaşın maddi problemləri yaranıb, gündəlik zəruri tələbatların ödənilməsi çətinləşib.

Sevindirici haldı ki, belə çətin məqamda xeyirxah insanlar köməyi ehtiyacı olanlara əl tutur, pandemiyadan zərər çəkənləri tək buraxmırlar.

Sport7.az xəbər verir ki, bu nəcib təşəbbüsə "Zaqatala”a klubu da qoşulub. Klub prezidenti Musa Qurbanov tapşırığı ilə icraçı direktoru İlham Ərəbov və digər əməkdaşlar Zaqatalada yardıma ehtiyacı olanlara baş çəkib, onların qayğıları ilə maraqlanıblar. Daha sonra isə həmin şəxslərə gündəlik tələbat mallarından ibarət paket və maddi yardım göstərilib.
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR