Zaur Əzizov:

Zaur Əzizov: "Ümid edirik ki, "Dinamo"yla oyunlarda insident olmayacaq"

"Qəbələ"nin Avroliqanın 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi. Sənan Qurbanovun komandası sözügedən mərhələdə Gürcüstan təmsilçisi "Dinamo" (Tiflis) ilə qarşılaşacaq. "Qəbələ" rəhbərliyi artıq təşkilati işlərə start verib. Ancaq burda bəzi məsələlər var. Belə ki, gürcülərin futbolu da siyasətə qarışdırdıqları, təxribatçı olduqları məlumdu. Klublarımızın bundan əvvəl gürcü komandalarına qarşı keçirdiyi görüşlərdə də onların təxribata cəhd göstərdikləri və ərazi iddiaları ilə çıxış etdiklərinin şahidi olmuşuq. Bəs bu kimi halların yaşanmaması üçün klub rəhbərliyi nə işlər görür? Gürcü tərəfi Bakıya azarkeş gətirməklə bağlı təmsilçimizə müraciət edibmi?

Bu haqda Sport7.az-a açıqlamasında klubun baş meneceri Zaur Əzizov bildirib: "Digər oyunlarda olduğu kimi, buna da həmişəki qaydada hazırlaşırıq. Gürcü klubu azarkeş gətirməklə bağlı bizə müraciət etməyib. Digər məsələlərə gəlincə, "Dinamo" ilə əsasən də təşkilati məsələlərlə bağlı danışırıq. Hələlik ciddi narahatçılığa əsas ola biləcək məqamı qabartmayıblar. Bu, beynəlxalq oyundu. Lazımi tədbirlər görəcək instansiyalar var. Beynəlxalq oyunla bağlı hazırlıq üçün nə prosedur varsa, tətbiq olunacaq. Ümid edirik ki, hər hansı insident olmayacaq. Rəqibə hər hansı bir xəbərdarlıq göndərməmişik".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR