"San-Paulu" klubu qadın voleybolunda da təmsil olunmaq niyyətindədi.
Bu səbəbdən "San-Paulu" "Hinode Barueri" klubu ilə partnyorluq anlaşmasına varıb. Yeni komanda 2019-20 mövsümündən etibarən Superliqada təmsil olunacaq.
Layihənin yaradıcısı "Barueri"nin və qadın voleybolçulardan ibarət Braziliya millisinin baş məşqçisi - Ze Roberto kimi tanınan Joze Roberto Qimaraynşdı. Məhz o, yeni yaradılacaq "San-Paulu/Barueri" klubuna rəhbərlik edəcək.
Sport7.az