Zidan açıqladı - Ulduz futbolçu

Zidan açıqladı - Ulduz futbolçu "Real"dan gedir

"Real"ın uelsli ulduzu Qaret Beylin klubdan ayrılacağı açıqlanıb.
 
Sport7.az xəbər verir ki, 2013-cü ildə "Tottenhem"dən 100 milyon avroya tranfer olunan və bununla da rekord qıran Beyl, Beynəlxalq Çempionlar Kubokunda "Bavariya"ya 1:3 hesabı ilə yenilən matçda yer almamışdı. Onun ayrılacağını isə komandanın baş məşqçisi Zinəddin Zidan açıqlayıb. Fransalı mütəxəssis mətbuata açıqlamasında "Onun ən qısa zamanda komandadan ayrılmağını gözləyirik. Yeni komandaya trasferi üçün çalışırıq. Bu hamı üçün ən yaxşısı olacaq. Bəzi şeylərin dəyişməsinin zamanıdı. Bir qərar vermək lazımdı. Dəyişməliyik və bu baş məşqçi ilə durumu bilən oyunçunun qərarıdı. 24 və ya 48 saat içində olub-olmayacağını bilmirəm. Amma olacaq və bu hər kəs üçün daha yaxşıdı" sözlərini söyləyib.
 
Sön mövsümdə zədə səbəbindən və ehtiyatdan meydana daxil olmaqla cəmi 42 matça çıxan Beyl azarkeşlər tərəfindən xoş qarşılanmırdı. Beyl son 4 ildə "Real"la 79 matça çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR