Zidan Dubayda Poqba ilə görüşüb (FOTO)

Zidan Dubayda Poqba ilə görüşüb (FOTO)

"Real"ın baş məşqçisi Zinədin Zidan bu ay "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba ilə görüşüb.

"Mirror"un xəbərinə görə, Zidan və Poqba yığma komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı Dubayda bir araya gəliblər.

Zədə səbəbindən milliyə çağrılmayan fransız futbolçu Yaxın Şərqə yollanmışdı. Zidan isə DAIS konfransında iştirakla əlaqədar olaraq Dubayda imiş. "Mirror" onların hovuz kənarında çəkilmiş fotosunu da yayıb.

Zidanın Poqbanı "Real"ın heyətində görmək istədiyi iddia olunur.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR