Zidan Neymarın transferi barədə:

Zidan Neymarın transferi barədə: "2 sentyabrı səbirsizliklə gözləyirəm"

"Real"ın baş məşqçisi Zinədin Zidan "Valyadolid" matçı ərəfəsində, PSJ-nin hücumçusu Neymarın mümkün transferi barədə ünvanlanan sualı belə cavablandırıb:

"Sabah matçımız var. Ancaq bu barədə düşünürəm. Məşqçilər, futbolçular, personal... - hamı diqqətini sadəcə növbəti oyunumuza yönəltməlidi.

2 sentyabrı səbirsizliklə gözləyirəm. Çünki ancaq ondan sonra bu suallar dayanacaq".

Qeyd edək ki, İspaniyada "transfer pəncərəsi" sentyabrın 2-də bağlanır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR