"Real" Çempionlar Liqasında antirekorda imza atıb.
Sport7.az xəbər verir ki, V turda Ukraynada Donetsk "Şaxtyor"una 0:2 hesabı ilə uduzan Madrid təmsilçisi tarixdə ilk dəfə qrup mərhələsinin 5 matçında 9 qol buraxıb.
Zinəddin Zidanın baş məşqçi olduğu komanda daha əvvəl iki dəfə İtaliya "İnter"ini (3:2 və 2:0) məğlub edib, "Borussiya" (Münhenqladbax) ilə 2:2 hesablı bərabərə qalıb, "Şaxtyor"a isə uduzub (2:3).
Hazırda komanda qrupda 7 xalla üçüncü pillədədir.
Sport7.az