Zidanlı "Real"ın ilk transferi - RƏSMİ

Zidanlı
"Real" "Portu"nun müdafiəçisi Eder Militaonu transfer edib.

21 yaşlı futbolçunun müqaviləsi 2025-ci ilin iyuluna kimi nəzərdə tutulub. Razılaşma bu ilin yayından etibarən qüvvəyə minəcək.

"Real" iyulun 15-nə kimi "Porto"ya 50 milyon avro transfer haqqı ödəməlidi. Gecikmə baş verəcəyi təqdirdə məbləğdə 50% artım (75 milyon avro) olacaq.

Cari mövsümdə Portuqaliya çempionatında 20 matçda meydana çıxan Militao 2 dəfə fərqlənib.

Spor7.az

Xəbər lenti