"Zirə" daha bir gənc futbolçu ilə müqaviləni yenilədi

"Zirə” daha bir gənc futbolçu ilə müqaviləni yeniləyib.
 
Sport7.az xəbər verir ki, klub Cəlal Hüseynovla yeni müqavilə imzalayıb. 17 yaşlı futbolçu ilə əvvəlki müqavilə 2022-ci ilin yayında başa çatmalı idi. Yeni razılaşmaya əsasən futbolçu 2024-cü ilin yayına qədər "Zirə"də çıxış edəcək.

Cəlal Hüseynov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da üzvüdür.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR