"Zirə" ilə "Qəbələ"dən qələbə, Masazırda sensasiya - YENİLƏNDİ

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin son 3 görüşü keçirilib.

Sport7.az xəbər verir ki, günün ilk matçı Tovuzda "Turan Tovuz"la "Qəbələ" arasında gerçəkləşib. Bu görüşdə çətinlik çəkmədən qələbə qazanan "Qəbələ" 1/4 finalda "Qarabağ"a rəqib olub.

Növbəti oyunda "Qaradağ Lökbatan"la "Zirə" üz-üzə gəlib. Bu qarşılaşmada "Zirə" böyükhesablı qələbə qazanaraq mərhələni rahatlıqla adlayıb. Qəsəbə təmsilçisi övbəti raundda "Neftçi" ilə qarşılaşacaq.

1/8 final mərhələsinin son oyunu Masazırda baş tutub. "Sabah" Birinci Divizon təmsilçisi "Kəpəz"i qəbul edib. Bu qarşılaşmada sensasiya qeydə alınıb. "Sabah"ın növbəti mərhələyə adlayacağı gözlənilsə də bunun tam əksi olub və "Kəpəz" qələbə qazanıb. Beləliklə, Gəncə klubu 1/4 finalda "Keşlə" ilə oynayacaq.
 
Bu mərhələnin bir oyunu dünən baş tutub. "Səbail" Bakıda "Zaqatala"nı məğlub edərək 1/4 finalda "Sumqayıt"ın rəqibi olub. 
 
1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək.

Azərbaycan Kuboku, 1/8 final

25 yanvar (bazar ertəsi)

14:00. "Turan Tovuz” – "Qəbələ” 0:2
(Stefan Vukçeviç, 32, Ceyms Adeniyi, 45+2) 

"Turan Tovuz”: 77. Mehman Hacıyev, 4. Səbayıl Bağırov, 10. Akif Tağıyev (k), 8. Aqşin Muxtaroğlu, 16. Fuad Bayramov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 3. İzzət Müştaqov, 9. Vidadi Cəfərov, 11. Nurlan Şabanov, 19. Xəyyam Hüseynov
Ehtiyat oyunçular: 1. Əmrah Zülfiqarlı, 20. Elmir Tağıyev, 18. Elmin Bayramov, 2. Firuz Əhmədov, 22. Elşad Tağıyev, 14. Ramin Süleymanov, 7. Elçin Qasımov, 17. Rəşad Əliyev
Baş məşqçi: İlham Yadullayev
 
"Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
 
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu

16:00. "Qaradağ Lökbatan” – "Zirə” 0:4
(Nemanya Andelkoviç, 12, Davit Volkov, 27, 45+1 Musa Qurbanlı, 30)

"Qaradağ Lökbatan”: 1. Nail Alışov, 15. Əlibəy Məmmədli, 19. Orxan Əliyev (k), 7. Mirkamil Əliyev, 4. Elvin Sərkərov, 18. Elnur Səmədov, 47. Sərxan Abdullayev, 11. Elnur Cəfərov, 22. Kamil Hüseynov, 9. Sabir Allahquliyev, 3. Məhərrəm Orucov
Ehtiyat oyunçular: 90. Cəfər Əlizadə, 10. Tapdıq Əhmədov, 77. Elşən Veysov, 14. Davud Mahmudov, 17. Fərid Mahmudov, 21. Nizami Səmədov, 38. Əbdülkərim Ağamalıyev, 5. Nazim Rəhimov, 6. Samir Ağayev
Baş məşqçi:  Nazim Əliyev

"Zirə”: 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 9. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı, 29. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Mateus Albino, 4. Elvin Camalov, 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 3. Ali Sisey, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
 
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
"Dalğa Arena”.

17:00. "Sabah” – "Kəpəz” 1:2
(Filip İvanoviç, 45+1 - Samir Qurbanov, 69, Əli Səmədov, 82) 

"Sabah”: 31. Rustam Samiqullin, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev (k), 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriqez, 2. Amin Seydiyev, 26. Fofana Tiemoko, 38. Arsen Ağcabəyov, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 6. Şakir Seyidov
Baş məşqçi: Visente Qomez

"Kəpəz”: 1. Elməddin Sultanov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 15. Nodar Məmmədov, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 97. Emil Qasımov, 8. Zahid Mərdanov, 14. Nicat Məmmədov, 77. Samir Qurbanov, 17. Ümid Səmədov
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 11. Elcan Rəhimov, 7. Ruslan Süleymanov, 19. Fərid Məmmədov, 20. Orxan Abdullayev, 5. Nika Baçaliaşvili, 18. Röyal Əhmədov, 13. Sadiq Şəfiyev
Baş məşqçi: Yaşar Vahabzadə
 
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
"Bank Respublika Arena”

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR