"Zirə" müqaviləsi bitən futbolçularla danışıqlara başlayıb

"Komanda bu gündən BOS-da məşqlərə başlayır". 

Bu sözləri Sport7.az-a açıqlamasında "Zirə" klubunun mətbuat katibi Elmar Abdullazadə komandanın hazırlıq planı ilə bağlı danışarkən deyib. 

Klub rəsmisi həmçinin müqaviləsi bitən futbolçularla bağlı da məsələyə aydınlıq gətirib.

"Müqaviləsi bitənlərlə çempionatın sonuna kimi razılıq əldə olunur. Hazırda danışıqlar gedir"

Qeyd edək ki, mart ayının 13-dən fasilə yaranan Azərbaycan Premyer Liqası 21 iyun tarixində bərpa olunacaq. Bu gündən isə klublar məşqlərə başlayacaq.

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR