"Qarabağ" və "Zirə"dən qələbə

Topaz Premyer Liqasında XXIV tura start verilib.

Sport7.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda aşağı pillələrin sakinləri "Zirə” və "Sumqayıt” münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Zirə” 5-ci pillədəki "Sabah"la xal fərqini minimuma endirib. "Sumqayıt" isə 19 xalla 7-ci pillədə qərarlaşıb.

Əsas diqqətlər isə "Qarabağ” - "Sabah” oyununda olacaq. Çempionluq yolunda bir xal itkisinə belə dözümü olmayan Ağdam klubu özü üçün uğursuz rəqibi qarşısında bu dəfə büdrəməməyə çalışacaq. Səbəb heç də rəqib "Sabah"ın güclü olması deyil. Sadəcə, çempionatın debütantı Qurban Qurbanovun kollektivi üçün arzuolunmaz rəqibdi. Təsadüfi deyil ki, bu komandalar arasında II və III dövrədə keçirilən qarşılaşmada bərabərlik qeydə alınıb.

Hər iki komanda meydana itki ilə çıxacaq. Düzdü, "Qarabağ"da təkcə cəzalı Bədavi Hüseynov olmayacaq ki, Yakub Jezniçak və Rahil Məmmədov kimi oyunçular onun boşluğunu doldurmaq iqtidarındadılar. Ancaq "Sabah"ın itkiləri daha ciddidi. Cinah müdafiəçisi Təmkin Xəlilzadə və dayaq yarımmüdafiəçisi Erik Ramos cəza ucbatından meydana çıxa bilməyəcək. Həmçinin Elşən Abdullayev də zədədən əziyyət çəkir.

Qeyd edək ki, tura aprelin 14-də keçiriləcək "Keşlə” – "Qəbələ” və "Səbail” – "Neftçi” oyunları ilə yekun vurulacaq.
 

 
 
Topaz Premyer Liqası

XXIV tur

13 aprel (şənbə)

16:00. "Zirə” – "Sumqayıt” 2:0
Qol: Sezar Rodrigez 33,  İlkin Qırtımov, 90+1
 
"Zirə": 62. Abdulla Seyidəhmədov, 2. İlkin Qırtımov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake (k), 8. Kamal Mirzəyev, 88. Tellur Mütəllimov, 48. Şafik Tiqrudja, 11. Dilan Duventru, 23. Mfo Kqasvane, 20. Fofana İsmael, 18. Xulio Sezar Rodriqez

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 6. Vüqar Mustafayev, 77. Mirsahib Abbasov, 26. Miloş Radivoyeviç, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 17. Robin Nqalande, 3. Budaq Nəsirov, 16. İbrahim Aslanlı, 99. Rafael Məhərrəmli

"Sumqayıt": 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Adil Nağıyev, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev, 10. Aleksey İsayev, 7. Cavid Tağıyev, 9. Ehtiram Şahverdiyev, 8. Peyman Babayi

Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 4. Şəhriyar Əliyev, 17. Nicat Qurbanov, 34. Elvin Bədəlov, 15. Əmir Ağayev, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 49. İbrahim Əliyev
 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
 


18:30. "Qarabağ” – "Sabah” 3:0 
Qollar: Almeyda, 10, Ozobiç, 60, Mahir Mədətov 77

"Qarabağ”: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Qerye, 19. Filip Ozobiç, 8. Markos Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 94. Nicat Mehbalıyev , 30. Abbas Hüseynov, 9. Araz Abdullayev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 99. Reynaldo Silva, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov

"Sabah” : 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev (k), 91. Coşqun Diniyev, 7. Rəşad Eyubov, 19. Məqsəd İsayev, 6. Vadim Abdullayev, 13. Filip İvanoviç, 25. Vanderson Silva, 9. Marko Deviç, 11. Elgün Nəbiyev, 77. Şakir Seyidov

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 96. Əmirhüseyn Nəcəfi, 21. Novruz Məmmədov, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov, 97. Emil Qasımov

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

14 aprel (bazar)

15:00. "Keşlə” – "Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov
"ASK Arena”

18:00. "Səbail” – "Neftçi”
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Kamal Umudlu
"Bayıl Arena”
 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR