"Zirə"dən götürülmüş koronavirus testinin nəticəsi

⁣"Zirə” klubunun kollektivindən götürülmüş COVID-19 (koronavirus) testinin nəticəsi açıqlanıb. 

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, məşqçilər, futbolçular, inzibati və tibbi heyətin heç bir üzvündə koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, daha əvvəl "Neftçi" və "Sabah" komandalarından da götürülmüş testin nəticəsi mənfi olub. ⁣⁣
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR