"Zirə"nin futbolçuları Afrikada rəqib oldu

"Zirə” klubunun iki ölkəsinin milli komandasında üz-üzə gəlib.

Sport7.az xəbər verir ki, söhbət Malavi yığmasında çıxış edən Robin Nqalande ilə Botsvananın futbolçusu Mfo Kqasvanendən gedir. Sözügedən yığmalar DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyunlarını keçiriblər. Malavi və Botsvana ilk raundda bir-biri ilə qarşılaşıb.

İlk oyun Botsvanada baş tutub. Tərəflər 90 dəqiqə ərzində fərqlənə bilməyiblər – 0:0.

Kqasvane start heyətdə meydana çıxıb və 50-ci dəqiqədə əvəzlənib. O, 45-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Nqalande isə 76-cı dəqiqədə meydana buraxılıb.

Bu komandalar arasındakı cavab oyunu sentyabrın 10-da Malavidə baş tutacaq. Cütün qalibi Afrika zonası üzrə seçmə mərhələnin ikinci raundunda qrupa vəsiqə qazanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR