"Zirə"nin ilk legioner kapitanı

Adrian Skarlatake ilk dəfə "Zirə”nin kapitanı kimi meydana çıxıb.
 
Sport7.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXIV turunun "Sumqayıt”la görüşündə (2:0) baş verib. Qarşılaşmaya kapitan sarğısı ilə başlayan rumıniyalı "qartallar”ın Premyer Liqadakı oyunları tarixində buna nail olan 8-ci futbolçudur. Skarlatakeyə qədər Anar Nəzirov (37), Kamal Bayramov (21), Rəşad Abdullayev (20), Elvin Məmmədov (18), Aleksandr Şemonayev (15), Vüqar Mustafayev və Adil Nağıyev (hərəsi 1) matça kapitan kimi başlamışdı.
 
Bu siyahıda indiyədək yalnız yerli futbolçular olduğundan Adrian "Zirə”nin tarixində ilk legioner kapitandır. Bunadək təkcə Premyer Liqa deyil, digər yarışlarda da əcnəbi futbolçular kapitan kimi meydana çıxmamışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR