"Zirə"nin legionerindən koronavirus açıqlaması

"Lazım olan bütün tədbirlər görülüb. Biz artıq 4 gündür məşq etmirik". 

Sport7.az xəbər verir ki, bu sözləri Moldova mətbuatında açıqlamasında "Zirə"nin legioneri George Anton Azərbaycanda koronavirusla bağlı hansı tədbirlərin görüldüyü ilə bağlı danışarkən bildirib. 

O, qeyd edib ki, "Qızımın getdiyi uşaq bağçası da bağlanıb. Hərkəs vəziyyətin nə zaman düzələcəyini gözləyir. Ancaq heç kimə bayıra çıxmaq qadağası qoyulmayıb. Hər şey həmişəki qaydada davam edir. Mən də virusdan qorunmaq üçün zamanımın çoxunu evdə ailəmlə keçirirəm. Ağır vəziyyətdə nəsə etmək çətindir".
 
Qeyd edək ki, ölkə ərazisində 14 mart – 14 aprel tarixlərində xüsusi rejim tədbiq olunub. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR