"Özümüzü itirmişdik" - "Anderlext"in baş məşqçisi

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" ikinci oyununda Belçika "Anderlext"ini 1:0 hesabı ilə məğlub edib. Sport7.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edən qonaqların baş məşqçisi Besnik Hasi məğlubiyyəti şərh edib.

"İlk hissəni pis oynadıq. "Qarabağ" bizə boş ərazi vermədi. Özümüzü itirmişdik. 6 real qol şansımız oldu, dəyərləndirə bilmədik. İkinci hissədə nisbətən yaxşı oynadıq. Qol anında qapıçı zərbəni görmədi. Günah müdafiəçilərdədi ki, Almeydaya mane ola bilmədilər. Bir epizodda qol vurduq, amma hakim qolu qeydə almadı. Qol vəziyyətlərini dəyərləndirmək üzərindi işləyəcəyik. "Monako"yla oyunda da iki xal itirdik. Qrupdan çıxmaq üçün hələ şansımız var. Zəif olduğumuzu düşünmürəm. Hələ çox çalışmalıyıq. Heç vaxt "Qarabağ"a zəif rəqib gözüylə baxmamışıq. Son iki qarşılaşmada onları izləmişdik, əla komanda olduğunu bilirdik. Amma biz daha güclüyük, sadəcə bütün oyunu eyni səviyyədə keçirməliyik".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR