“Özümüzü ruhən xalça üzərində hiss edirik”

“Özümüzü ruhən xalça üzərində hiss edirik”

"Məşəl Azərbaycanın ayrı-ayrı bölgələrində və paytaxtda daşınır. Onu Azərbaycanın tanınmış şəxsləri ilə yanaşı, veteran idmançılar da daşıyacaq. Onlardan biri də mənəm”.

Sport7.az xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov deyib.
 
Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində Olimpiya Stadionuna məşəli kimin gətirəcəyi tam məxfidir. Ölkəmizin digər adlı-sanlı idmançıları kimi Mansurov da son məşəlçi olmağa namizədlərdəndi.
 
Məşəlin Bakı marşrutun təqdimat mərasimində çıxış edən Mansurov bütün idmançılarımızdan medal gözlədiyini bildirib: "Bütün idmançılarımıza, o cümlədən, güləşçilərimizə uğurlar arzulayıram. Güləşçilərimiz olimpiadalardan yüksək nəticələrlə qayıdıb. İnanıram ki, Avropa Oyunlarında da digər idman növləri ilə paralel olaraq, uğurlar qazanacaqlar. Bilirdik ki, nə vaxtsa Azərbaycanda belə mötəbər yarış keçiriləcək. Amma bu qərar dövlət tərəfindən verilir. İdmançı həmkarlarımızdan Namiq Abdullayev, Elnur Məmmədli də düşünür ki, bu Oyunlar bizim dövrümüzə təsadüf etsəydi, yaxşı olardı. Biz də Avropa Oyunlarının iştirakçısı olardıq. Amma buna baxmayaraq, Oyunları paytaxtımızın qəbul etməsi çox böyük uğurdur. Veteran idmançılar kimi özümüzü ruhən xalça üzərində hiss edirik. Bütün idmançılarımıza uğurlar arzulayırıq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR