19 yaşlı futbolçu

19 yaşlı futbolçu "Fənərbaxça"nın hədəfində

Belçikanın KAS Eupen klubunun futbolçusu Henri Onyekuru bir çox komandanın maraq dairəsinə düşüb. 

Sport7.az xəbər verir ki, bu klublar sırasında Türkiyənin "Fənərbaxça" klubu da var. 

Bu barədə 19 yaşlı futbolçunun özü açıqlama verib. Nigeriyalı oyunçu "Yanvarda transfer etmək üçün "Leipziq", ÇSKA (Moskva), "Hoffenheim" və "Fənərbaxça" klubları təkliflər yollayıblar. Çox çalışıram və çox yaxşı oynayıram. Ona görə bu təkliflərin gəlməsi normaldır", deyə bildirib. 

Qeyd edək ki, Henri Onyekuru bu mövsüm 20 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə verib. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR