2014-cü ilin ən yaxşı 10 qolu müəyyənləşdi

2014-cü ilin ən yaxşı 10 qolu müəyyənləşdi

FİFA 2014-cü ilin ən gözəl qoluna 10 namizədin siyahısını açıqlayıb.Sport7.Az-ın FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, builki namizədlər sırasında ötən il ən yaxşı qolun müəllifi olan İsveç millisinin və PSJ-nin futbolçusu Zlatan İbrahimoviç də yer alıb. Dieqo Kosta, Xames Rodriqes,  Robin van Persi, Tim Kehill kimi futbolçular da ən yaxşılar sırasına düşməyi bacarıblar.Ümumilikdə bu ilin ən yaxşı qoluna namizədlər aşağıda adları qeyd olunanlardır:

1. Tim Kehill - Avstraliya - Hollandiya 
2. Dieqo Kosta - "Atletiko" Madrid - "Hetafe"
3 Marko Fabyan - "Krus Asul" - "Puebla"
4. Zlatan İbrahimoviç - PSJ - "Bastia"
5. Paytim Kasami - "Krastal Palas" - "Fulhem"
6. Stefan Roçe - "Peamount Yunayted" - "Ueksford Yuts"
7.Xames Rodriqes - Kolumbiya - Uruqvay
8.Kamilo Sanvezzo - "Vankuver Uaytkeps" - "Portlen Timbers"
9. Hisato Sato - "Sanfreççe Hirosima" - "Kavasaki Frontale"
10. Robin van Persi - İspaniya - Hollandiya

Qeyd edək ki, FİFA və "France Football" dərgisinin rəsmi internet səhifəsindən aparılan səsvermə 1 dekabra qədər davam edəcək. Bundan sonra namizədlərin sayı üçə enəcək. Qalibin adı isə dekabrın 12-də açıqlanacaq.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR