Boksçumuz bürünc medal qazandı

Boksçumuz bürünc medal qazandı

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində yarımfinal mərhələsinin görüşlərinə start verilib.
 
Sport7.az xəbər verir ki, finala vəsiqə üçün Azərbaycan millisinin üzvü Nicat Hüseynov da rinqə çıxıb. 49 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rusiyalı Robert Bədəlyanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Nəticədə Hüseynov dünya birinciliyini bürünc medalla başa vurub.

Aprelin 23-də başa çatacaq mundaila 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu qatılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR