Millimiz məğlub oldu

Millimiz məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində 3-cü oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, F qrupunda yer alan yığmamız Gürcüstanda keçirilən I dövrənin son matçında Yunanıstanla qarşılaşıb. 

Pərviz Səmədovun rəhbərlik etdiyi komanda məğlubiyyətə üzülüb. Daha təcrübəlilərdən təşkil olunan və koronavirus pandemiyasında belə çempionat oyununu keçirən qrupumuzun lideri ardıcıl üçüncü qələbəsini əldə edib. Voleybolçularımız 0:3 (21:25, 19:25, 18:25) hesabı ilə uduzublar. 
 
Qrupumuzda dövrəyə Gürcüstan Monteneqro matçı ilə yekun vurulub. Ev sahibləri yenə 0:3 hesabı ilə uduzublar. 
 
Beləliklə, ilk dövrədən sonra aktivində 3 xalı olan yığmamız 3-cü pillədə qərarlaşıb. Lider Yunanıstan 8, ikinci dövrənin oyunlarına ev sahibliyi edəcək Monteneqro 7 xala sahibdir. Gürcüstan voleybolçularının hesabında isə nə set, nə də xal var. 
 
Monteneqro II dövrənin oyunlarını mayın 14-16-da qəbul edəcək. 
 
Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si - 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AVRO-2021-ə vəsiqə qazanacaq.
 
AVRO-2021-in təsnifat mərhələsi
 
F qrupu, III tur, 9 may 
 
Yunanıstan – Azərbaycan  3:0 (25:21, 25:19, 25:18) 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR