Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.
 
Sport7.az xəbər verir ki, millimiz seçmə mərhələdə iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya ilə üz-üzə gələcək.
 
Millimiz AÇ-nin seçmə oyunlarından sonra 21-27 iyun tarixlərində Dünya çempionatının seçmə mərhələsində iştirak edəcək və püşkə əsasən İsveçrə və Fransa milli komandaları ilə qarşılaşacaq.
 
Komandamızın seçmə mərhələlər üçün heyətini diqqətinizə çatdırırıq: 1. Elçin Qasımov, 2. Vaqif Şirinbəyov, 3. Elşad Manafov, 4. Renat Sultanov, 5. Orxan Məmmədov, 6. Əbdül Əliyev, 7. Comərd Baxşəliyev, 8. Amid Nəzərov, 9. İlkin Haciyev, 10. Asif Zeynalov, 11. Ramil Əliyev, 12. Sabir Allahquliyev
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR