Mariya Stadnik finalda

Mariya Stadnik finalda

Qadın güləşçimiz Mariya Stadnik Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində mübarizəyə başlayıb.

Sport7.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıllıqla Emiliya Alina Vuk (Rumıniya), Erin Qolston (ABŞ) və Mariya Tiumerekovanı (Rusiya) məğlub edərək finala yüksəlib.

O, axşam seansında qızıl medal uğrunda görüşə çıxacaq. Stadnik Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşacaq.

Daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR