Zidanın yeni klubu müəyyənləşdi

Zidanın yeni klubu müəyyənləşdi

"Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidanın yeni komandası bəlli olub.

Sport7.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını vətəni Fransada davam etdirəcək.

Ötən ilin oktyabrında "Almeriya”dan ayrıldıqdan bəri klubsuz qalan orta sahə oyunçusu Fransanın 2-ci liqa təmsilçisi "Rodeze” ilə anlaşıb. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

"Real” akademiyasının yetirməsi olan Enzo Zidan "kral klubu”nun C və B komandalarında çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR