"Sumqayıt"da növbəti müqavilə

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə anlaşıb.
 
Sport7.az xəbər verir ki, ötən mövsüm icarə əsasında Sumqayıt klubunda çıxış etmiş Eltun Turabovla 1 illik müqavilə imzalanıb. 

Turabov ötən mövsüm 14 oyunda "Sumqayıt" formasını geyinib. Turabov Azərbaycanın U-21 millisinin də uğurları üçün çalışıb.
 
Klub buna qədər baş məşqçi Ayxan Abbasovla yanaşı, Vurğun Hüseynov, Murad Xaçayev, Elvin Məmmədov, Vüqar Mustafayev və Aydın Bayramovla da müqavilə müddətini uzadıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR