"Sumqayıt"da yeni müqavilə

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçusu ilə müqavilə müddətini artırıb.
 
Sport7.az xəbər verir ki, mərkəz müdafiəçisi Höccət Haqverdi daha 2 mövsüm komandamızın şərəfini qoruyacaq.

Haqverdi ötən mövsüm 15 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycan millisinin son təlim-məşq toplanışı çərçivəsində Belarus və Moldova ilə keçirdiyi oyunlarda da çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR