"Qalatasaray"da yeni prezident

"Qalatasaray"ın yeni prezidenti müəyyənləşib.

Sport7.az xəbər verir ki, seçkidə 5 namizəd - Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardan iştirak edib. Burak Elmas bütün rəqiblərini geridə qoyub. Belə ki, səsvermədə iştirak edən 4 731 şəxsin 1 541-i Elması bu posta layiq görüb.

O, "sarı-qırmızıların" 38-ci prezidenti olub.

Elmas bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR