İbrahimoviç əməliyyat olundu

İbrahimoviç əməliyyat olundu

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunub.

Sport7.az xəbər verir ki, bu haqda "Sky Sport" məlumat yayıb. İsveçli hücumçu avqustun ortalarınadək meydana çıxa bilməyəcək.

40 yaşlı forvard dizindəki zədəyə görə Avropa çempionatını buraxmalı olub.

İbrahimoviç ötən mövsüm A Seriyasında meydana çıxdığı 19 oyunda 15 qola imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR