Qaliblər mükafatlandırıldı

Qaliblər mükafatlandırıldı

Azərbaycan Stolüstü Tennis Federasiyası və Regional İctimai İnkişaf Birliyi 23 iyun 2021-ci il tarixində stolüstü tennis üzrə turnir təşkil etmişdir.
 
Sport7.az xəbər verir ki, turnir açıq havada Şəki şəhəri Olimpiya İdman Kompleksində keçirilmişdir. Uşaqlar arasında stolüstü tennisi inkişaf etdirmək məqsədini daşıyan turnirdə Şəki şəhər üzrə 10-16 yaşlı oğlan və qızlar  iştirak etmişdilər.
 
Turnirin qalibləri
 
Oğlanlar
 
I yer – Salmanov Canpolad
II yer - Xəlilov Elvin
III yer - Əlizadə Yusif
III yer - Məcidov Elvin
 
Qızlar
 
I yer - Abdulzadə Arzu
II yer – Süleymanova Nəzrin
III yer – Əzizli Dəniz
III yer – Salmanova Selcan
 
Qaliblər və iştirakçılar təşkilatçılar tərəfindən hədiyyə və sertifikatlarla mükafatlandırıldılar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR