"Səbail"dən növbəti transfer

"Səbail” yeni futbolçu transfer edib.
 
Sport7.az xəbər verir ki, müdafiəçi Cabir Əmirli ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb. 24 yaşlı futbolçu "Dənizçilər"in heyətində 6 nömrəli formanı geyinəcək.

Futbolçu daha öncə "Keşlə” və "Neftçi” klublarında çıxış edib. Bu ilin yanvarından mövsümün sonunadək icarə əsasında "Sumqayıt”da çıxış edən futbolçu 2021/2022-ci il mövsümündə "Səbail”in uğurları üçün çalışacaq. "Neftçi” futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
 
Paytaxt klubu buna qədər Şəhriyar Rəhimov və Məhəmməd Mirzəbəyovu da heyətinə qatıb.
 
Sport7.az

 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR