23 qat çempion Tokio-2020-də olmayacaq

23 qat çempion Tokio-2020-də olmayacaq

"Böyük dəbilqə” turnirlərinin 23 qat qalibi Serena Uilyams Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Sport7.az xəbər verir ki, bunu məşhur tennisçinin özü açıqlayıb. O bildirib ki, Yaponiya paytaxtındakı yarışdan kənarda qalacaq: "Adım iştirakçıların siyahısında yoxdur. Əgər orda varsa da, əslində olmamalıdır”.

Serena Olimpiadaların 4 qat çempionudur. O, bir dəfə fərdi yarışlarda, üç dəfə bacısı Vinusla cütlükdə qalib adına yiyələnib.

Tokio-2020-nin tennis yarışları iyulun 24-dən avqustun 1-dək keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR