3 hakimimiz FİFA dərəcəsi aldı

3 hakimimiz FİFA dərəcəsi aldı

2015-ci ildə Azərbaycanı FİFA referisi kimi təmsil edəcək hakimlərin adları açıqlanıb. Sport7.az Apasport.az-a  istinadən verdiyi məlumatına görə, gələn il də 3 beynəlxalq dərəcəli referimiz olacaq.
 
Əslində 4 hakimimizin adı ali futbol qurumuna göndərilmişdi. Lakin bir ildən çoxdu Azərbaycan Premyer Liqasına təyinat almayan Anar Salmanovun adı bu dəfə qəbul edilməyib. Əvəzində Orxan Məmmədov FİFA dərəcəsi alıb. Gələn il beynəlxalq arenada ölkəmizi təmsil edəcək digər hakimlər isə bu il olduğu kimi, Əliyar Ağayev və Rəhim Həsənovdu.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR