5 güləşçimizdən yalnız biri mərhələ adladı

5 güləşçimizdən yalnız biri mərhələ adladı

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri davam edir.

Sport7.az xəbər verir ki, İkinci yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimizdən Türkan Nəsirova startda Ekvadordan olan həmkarına yenilib.
 
Alyona Kolesnik Qırğızıstan idmançısıyla qarşılaşmaya yaxşı başlasa da, ikinci hissədə "tuşe" ilə xalçadan məyus ayrılıb.
 
Tatyana Omelçenko ilk görüşdə sonuncu xal prinsipinə əsasən alman güləşçiyə məğlub olub.
 
Mübarizəyə 1/8 finaldan qoşulan Elis Manolova yunan həmkarını üstələyib. Təmsilçimizin növbəti görüşü daha gərgin mübarizə şəraitində keçib. Argentinalı güləşçi hesabda 2:0 öndə olsa da, Manolova geridönüş edib. Yekunda Elis sonuncu xal prinsipinə əsasən yarımfinala yüksəlib. Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Gözəl Zutova isə debütdə rumıniyalı rəqibinə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR