Abbasov da bürünc qazandı

Abbasov da bürünc qazandı

Polşanın paytaxtı Varşavada güləş üzrə reytinq xarakterli "Poland Open" turniri başa çatıb.

Sport7.az xəbər verir ki, son olaraq mübarizəyə yunan-Roma güləşçiləri qoşulub. Rafiq Hüseynovdan (82 kq) sonra İslam Abbasov (97kq) da turniri bürünc medalla başa vurub.
 
Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. Həmyerlimiz 1/4 finalda İran idmançısına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı güləşçi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən İslam bürünc medalı boynundan asıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR