Abubakarın yeni klubu müəyyənləşdi

Abubakarın yeni klubu müəyyənləşdi

"Beşiktaş"la yollarını ayıran Vinsen Abubakar karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sport7.az xəbər verir ki, 29 yaşlı hücumçu "Əl-Nəsr"ə keçib. Bu barədə Ər-Riyad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Abubakarla üç illik müqavilə imzalanıb.

Abubakar ötən mövsüm "Beşiktaş"la 29 oyunda 16 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR