AFFA-nın milli komandaya gətirəcəyi məşqçiyə 980 min avro ödəniləcək

AFFA-nın milli komandaya gətirəcəyi məşqçiyə 980 min avro ödəniləcək

Sport7.Az-ın məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssisə bu məbləğ ödənəcək.

Söhbət Vahid Halilhodziçdən gedir. Məsələ burasındadır ki, "Trabzonspor" klubu, yollarını ayırdığı 62 yaşlı bosniyalı mütəxəssisə kompensasiya olaraq 980 min avro ödəyəcək.

Yaxın müddətdə AFFA-nın Vahid Halilhodziçi milliyə baş məşqçi təyin edəcəyi gözlənilir.

Bu mütəxəssis üç il ərzində çalışdırdığı Əlcəzair yığmasını dünya çempionatının final mərhələsinə daşıyıb. Həmin ölkənin komandası Braziliyada keçirilən Dünya Kubokunun 1/8 final mərhələsində almanlara məğlub olub.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR