Aftandil Hacıyev üçün əlamətdar oyun

Aftandil Hacıyev üçün əlamətdar oyun

"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqada yubiley oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, yalnız bir kluba rəhbərlik edən mütəxəssis paytaxt təmsilçisini 75-ci matça çıxarıb. Onun yubileyi XXVII turun "Zirə” ilə səfər matçına təsadüf edib. Hacıyevin komandası rəqib meydanında 0:2 hesabı ilə məğlub olub.

Premyer Liqada 2018/19 mövsümündə debüt edən çalışdırıcı üç çempionatda "Səbail”i 75 qarşılaşmaya çıxarıb. Bu oyunlarda 22 qələbə sevinci yaşayan Hacıyev 19 heç-heçəyə şahid olub. Onun yetirmələri 34 dəfə uduzub. Mütəxəssisin rəhbərliyi altında 65 qol vuran komanda 108 top buraxıb.

Qeyd edək ki, Hacıyevin Premyer Liqada debütü 2018-ci il avqustun 12-nə təsadüf edib. Həmin gün "Səbail” "Qəbələ” ilə səfər matçında 0:3 hesabı ilə məğlub olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR