Çalhanoğlunu üç nəhəng istəyir

Çalhanoğlunu üç nəhəng istəyir

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu "Arsenal"a transfer oluna bilər.

Sport7.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb. Məlumata görə, "topçular" artıq 27 yaşlı türk futbolçuya təkliflərini çatdırıblar və onun agenti ilə danışıqlar davam edir. "Arsenal"dan başqa Çalhanoğlunu "Yuventus" və "Qalatasaray" da heyətində görmək istəyir.

Çalhanoğlunun "Milan”la müqaviləsi 2021-ci ilin yayında başa çatır və futbolçu komandanı tərk etməyə qərar verib. O, A Seriyasının cari mövsümündə 29 matçda iştirak edərək, 4 qola, 9 məhsuldar ötürməyə imza atıb.

Futbolçu 2017-ci ildən "Milan"da çıxış edir. Daha əvvəl o "Bayer", "Hamburq" və "Karlsrue" komandalarında çıxış edib. "Transfermarkt” portalı futbolçunu 35 milyon avro qiymətləndirir

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR