Alman klublarından UEFA-nın qərarına etiraz

Alman klublarından UEFA-nın qərarına etiraz

AVRO-2020-nin qrup mərhələsində keçiriləcək Almaniya – Macarıstan matçı öncəsi "Allyans Arena” stadionunun cinsi azlıqların təmsil olunduğu göy qurşağı rənglərində işıqlandırılması ilə bağlı UEFA-nın qadağasına Bundesliqa klubları etiraz edib.

Sport7.az xəbər verir ki, bir neçə klub bununla bağlı aksiya keçirmək qərarına gəlib. Onlar arasında "Volfsburq”, "Ayntraxt”, "Köln” və "Auqsburq” da olacaq. Həmin klubların stadionlarında görüş zamanı göy qurşağı rənglərində işıqlandırma yandırılacaq. Bununla Bundesliqa təmsilçiləri Almaniya millisinə dəstəyini nümayiş etdirəcək.

Almaniya – Macarıstan oyunu iyunun 23-də keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR