Almaniya yığmasının baş məşqçisi o olacaq

Almaniya yığmasının baş məşqçisi o olacaq

Almaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Sport7.az xəbər verir ki, bu haqda Almaniya mətbuatı yazıb. İddialara görə "Bavariya”nın çalışdırıcısı Hans Diter Flik mövsümün sonunda yığmanın "sükanı arxası”na keçəcək. Mövsümün sonunda Münhen təmsilçisindən ayrılacaq mütəxəssis Almaniya Futbol İttifaqı ilə anlaşıb. Tərəflərin 3 illik müqavilə imzalayacağı bildirilir.

AVRO-2020 başa çatandan sonra işinin icrasına başlayacaq Flik AVRO-2024-ün sonunadək milliyə rəhbərlik edəcək.

Mütəxəssis 2019-cu ildə "Bavariya”nın baş məşqçisi təyin olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR