Almanların tarixində ilk

Almanların tarixində ilk

Mats Hummels Almaniya millisinin tarixinə Avropa çempionatında avtoqola imza atan ilk oyunçu kimi düşüb.

Sport7.az xəbər verir ki, müdafiəçi AVRO-2020-nin Fransa ilə görüşünsə öz qapısına qol vurub.

Bunadək heç bir almaniyalı qitə çempionatında qapıları səhv salmamışdı. Eləcə də, AVRO-2020-də isə 3-cü avtoqol qeydə alınıb. Türkiyəli Merih Demiral İtaliya, polşalı Voytseh Şensnı Slovakiya ilə görüşdə qapıları səhv salıb.
 
Əgər daha bir belə hadisə qeydə alınsa, Avropa çempionatlarında yeni avtoqol rekordu qeydə alınacaq.

Qeyd edək ki, Fransa – Almaniya oyunu 1:0 hesabıyla fransızların xeyrinə yekunlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR