AMADA yeni layihəyə start verdi - Avropa Komitəsi ilə birlikdə

AMADA yeni layihəyə start verdi - Avropa Komitəsi ilə birlikdə

Mayın 10-11-də Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin 53-cü (CAHAMA) görüşündə Azərbaycanın nümayəndəsi və gender bərabərliyi məruzəçisi Şəfəq Hüseynli dünya üzrə antidopinq sahəsində gender bərabərliyi barədə məlumatsızlığın mövcud olması və gender balansının dopinqlə mübarizənin idarə edilməsində xüsusi əhəmiyyətini vurğulayıb. 

Sport7.az xəbər verir ki, Hüseynli hazırda Avropa Şurasının prioritetlərindən biri və BMT-nin dayanıqlı inkişaf məqsədi olan gender bərabərliyinə nail olmaq üçün bu sahədə vacib addımlar atılmalı olduğunu bildirib.

O, Avropa Şurası ölkələrinin və Ümumdünya Antidopinq Agentliyinin nümayəndə heyətinə antidopinqdə gender bərabərliyin inkişaf etdirilməsi layihəsinə başlayacağını elan edib. Layihənin məqsədi antidopinq təşkilatları və antidopinq üzrə dövlətlərarası qurumların arasında gender balansı haqqında məlumatın toplanmasını, təsis sənədlərinin və daxili qaydaların təhlil edilməsi və bununla əlaqədar yekunda tövsiyə xarakterli sənədin hazırlanmasıdır.

Bu layihə müsbət qarşılanaraq Azərbaycana xüsusi təşəkkür bildirilib və Ş. Hüseynliyə layihənin daha da genişləndirilməsi və Avropa Şurası ilə birgə layihənin həyata keçirilməsi təklif edilib. Nəticədə, Ş. Hüseynli Avropa Şurası ilə birgə gender bərabərliyi layihəsinə başlayıb.

Qeyd edək ki, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) antidopinq sahəsində artıq ikinci irimiqyaslı layihəyə rəhbərlik edir. Birinci layihə idmançıların hüquqlarının qorunması ilə bağlı 50-dən çox ölkəni əhatə edən antidopinq icraatı zamanı idmançının ədalətli dinləməyə çıxışı barədə araşdırmalarla bağlıdır. Birinci layihənin icrası hazırda davam edir. 

Hüseynli 2019-cu ilin oktyabr ayında CAHAMA-nın görüşündə Gender Bərabərliyi Məruzəçisi seçilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR