Amerika Kuboku: Braziliya və Peru yarımfinalda - VİDEO

Amerika Kuboku: Braziliya və Peru yarımfinalda - VİDEO

Futbol üzrə Amerika Kubokunda ilk yarımfinalçılar müəyyənləşib.

Sport7.az xəbər verir ki, 1/4 final mərhəlsənin açılış oyununda Peru və Paraqvay komandaları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında 4:3 hesablı qələbə qazanan Peru seçməsi yarımfinala yüksəlib.

Bu raundun digər görüşündə isə Braziliya yığması Çilini sınağa çəkib. 46-cı dəqiqədə Lukas Paketanın qolu "sambaçılar"a qələbə qazandırıb. 5 qat dünya çempionu yarımfinalda Peruya rəqib olub.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunlarında Uruqvay Kolimbiya ilə, Argentina isə Ekvadorla görüşəcək. Qarşılaşmalar iyulun 4-də olacaq.

 

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR