Amit Quluzadə

Amit Quluzadə "4"ləri qoşalaşdırdı

Yanvarın 11-də Yunanıstan Super Liqası klubu AEL ilə 2,5 illik müqavilə bağlamış Amit Quluzadənin yeni komandasında geyinəcəyi formanın nömrəsi bəlli olub.

Sport7.az xəbər verir ki, "Sumqayıt"da 24 nömrəli formada çıxış edən Amit Ellada təmsilçisində "44"ü seçib. 24 yaşlı futbolçu bunun səbəbinə də aydınlıq gətirib:

"Mən yeni komandamda 24 və ya 19 nömrəli formaları istəyirdim. Lakin hər iki forma məndən əvvəl götürülmüşdü ("19"u hücumçu Dimitris Kapos, "24"ü isə latviyalı yarımmüdafiəçi Yenis İkaunieks geyinir - S.T.). Mənim də 4 rəqəmi ilə aram yaxşı olduğundan, "44"ü seçdim".

Dayaq yarımmüdafiəçisi tezliklə Larisa şəhərində yeni mənzil tutacağını qeyd edib: "Hələ ki Larisa şəhərində bir oteldə qalıram. 1-2 evə baxmışam, xoşuma gəlməyib. Ancaq 1 həftəyə - 10 günə yeni mənzilə köçəcəm. Türkiyə, Portuqaliyada da tək qaldığım üçün artıq tənhalığa öyrəncəliyəm. Ona görə də tək qalmaqda problem yoxdur".


PAOK ilə matça çıxmağına qar mane olsa da, Amit Quluzadə sabah Yunanıstan çempionatında "siftə" edə bilər: "Yanvarın 15-dəki PAOK ilə oyun bura güclü qar yağdığı üçün baş tutmadı. Oyun baş tutsaydı, Super Liqada debüt etmək imkanım vardı. Çünki adım çempionatın sifariş ərizəsinə daxil edilib. Sabah isə "Veria" ilə oyunumuz var. Aşağı dəstəyə düşməmək üçün həlledici oyundur. Bu matçda oynamaq ehtimalım böyükdür".

(qaynarinfo)

Sport7.az

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR