"Araz Naxçıvan"ı əvəzləyəcək komanda müəyyənləşdi

"Araz Naxçıvan"ın hazırkı durumu Naxçıvan azarkeşlərini çox üzüb. Lakin indi verəcəyimiz xəbər onları sevindirəcək. Xeyr, "Araz Naxçıvan"ın Pemyer Liqadakı çıxışlarını davam etdirəcəyinə dair yeni xəbər yoxdu. Yeni xəbər başqadı. 
Rekord.az-a daxil olan məlumata görə, Naxçıvanı təmsil edəcək yeni komanda yaradılıb. "Şərur" adlanacaq komanda gələn ildən I divizionda mübarizə aparmağı planlaşdırır. Kluba imkanlı naxçıvanlılar sponsorluq edəcək və "Araz Naxçıvan"dan fərqli olaraq, bu klubun daha yaxşı maliyyə imkanlarına nail olacağı gözlənilir. Komanda ilk ildəcə Premyer Liqaya vəsiqəni hədəfləyəcək. Ancaq onu da deyək ki, Naxçıvanı təmsil etsə də komanda Bakıda məskunlaşacaq.

Artıq bu komandaya kimin rəhbərlik edəcəyi də məlum olub. "Şərur"u Azərbaycanın tanınan məşqçilərindən olan Əfqan Talıbov çalışıdracaq. Komanda artıq məşqlərə də başlayıb və gündə 1 dəfə olmaqla Tofiq Bəhramov adına Respublika stadionunun arxasındakı süni örtüklü meydançada məşq edir. Məşqlər daha çox seleksiya xarakteri daşıyır və Talıbov qışa qədər seçim edəcək. Gələn ilin yanvar ayından etibarən isə yeni formalaşacaq heyətlə hazırlıqların əsas mərhələsinə başlanacaq. 

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR