Argentina - Nigeriya oyununda hakimin müəmmalı cavabı

Argentina - Nigeriya oyununda hakimin müəmmalı cavabı

DÇ-2018-in qrup mərhələsində Nigeriya millisi 2 turda uğursuzluq yaşayan Argentina yığmasına uduzaraq 1/8 final mərhələsinə adlaya bilməyib. 

Sport7.az xəbər verir ki, Afrika təmsilçisinin yarımmüdafiəçisi Con Obi Mikel 1:2 hesabı ilə bitəm matça şərh verib. 

"Biz bizdən asılı olan hər şeyi etdik. İkinci hissədə yaxşı oynadıq, təzyiq göstərib qol vurduq. Ancaq baş məşqçimizin də dediyi kimi təcrübəmiz çatmadı. Oyunçularımızla fəxr edirəm. Biz çox şeyə nail olduq. İndi isə dayanmamaq və irəli addımlamaq lazımdır. Rusiyaya gələn azarkeşlərimizə də təşəkkür edirəm", deyə matç haqda fikirlərini səsləndirib. 

"Çempionat"a danışan Mikel hakimin təyin etmədiyi penalti barədə də danışıb: "Hakimin penalti təyin etməməsini başa düşmürəm. Orada 100% penalti vardı. Ola bilər ki, hakim Argentinanın əleyhinə ikinci "nöqtə"ni göstərmək istəmədi. Hakim əl olduğunu dedi, ancaq penalti demədi. Belə bir şey necə olur?", deyə futbolçu bildirib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR