"Arsenal" 26 ildən sonra...

İngiltərə Premyer Liqasında 8-i yeri tutan "Arsenal” mövsümü 61 xalla tamamlayıb.

Sport7.az xəbər verir ki, London klubu növbəti mövsüm avrokuboklardan kənarda qalacaq. "Topçular” 1995/96 mövsümündən ilk dəfə belə halla üzləşib. Komanda 1996/97 mövsümündən etibarən hər il Avropa arenasında yer alıb. Cari mövsüm isə paytaxt təmsilçisi Avropa Liqasının yarımfinalında "Vilyarreal”a (1:2, 0:0) məğlub olub.

"Arsenal” Arsen Vengerin dönəmində hər il müntəzəm avrokuboklarda iştirak edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR